Jurnalist Rasim Əliyevin ölüm səbəbləri araşdırılır

Jurnalist Rasim Əliyevin ölüm səbəbləri araşdırılır
Avqustun 8-də bir qrup şəxs tərəfindən döyülən və əməliyyat olunduğu 1 saylı klinik xəstəxanada dünyasını dəyişən jurnalist Rasim Əliyevin ölümünün səbəbləri araşdırılır.
Vətəninfo.az
Modern.az-a istinadla xəbər verir ki, Səhiyyə Nazirliyinin məlumatına görə, jurnalist Rasim Əliyevin ölüm faktı hazırda nazirliyin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin mütəxəssisləri, eləcə də, hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.
Məlumatda bildirilib ki, ölümün səbəbləri və ictimaiyyəti maraqlandıran bütün suallar yalnız ekspertizanın rəyi acıqlandıqdan sonra məlum olacaq.  
Avqustun 8-də Bakı şəhər sakini, jurnalist Rasim Əliyev paytaxtın Bayıl qəsəbəsi ərazisində bir qrup naməlum şəxs tərəfindən döyülərək, çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və avqustun 9-da orada vəfat edib.
Bu hadisəyə görə "Qəbələ futbol komandasının oyunçusu Cavid Hüseynov və digər 5 nəfər həbs edilib.  


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az