Kamilə Əliyeva: “Millət vəkili açıq-saçıq geyinə bilməz”

Kamilə Əliyeva: “Millət vəkili açıq-saçıq geyinə bilməz”

Ümumiyyətlə hər bir qadın özünə yaraşan geyim tərzinə malik olmalıdır. Yaşına və  öz bədən quruluşuna uyğun geyim seçməlidir. Siyasətçi qadınlar isə siyasətdə olduqlarına görə, tez-tez seçicilərlə görüşdüklərinə, tədbirlərdə iştirak etdikləri üçün xüsusilə öz geyimlərinə diqqət yetirməlidirlər. Bunu “Vətəninfo.az” a  açıqlamasında Milli Məclisin xanım millət vəkillərindən olan Kamilə Əliyeva bidirib. Onun sözlərinə görə, paltar ucuzluğundan və bahalığından asılı olmayraq zövqlə geyinilməlidir. 

“Məsələn,elə bahalı paltar ola bilər ki , o sahibinə yaraşmaz, əksinə ucuz geyim isə daha gözəl görünə bilər. Xanımlarımız mini yubka və şalvar geyinmək məsələsinə də fikir verməlidirlər. Xüsusən havalar isti keçdiyi yay fəslində  açıq saçıq geyimlərlərlə parlamentdə və yaxud hər hansı tədbirdə iştirak etmək mümkün deyil”. Siyasətçi qadınlarımız daha çox diqqət mərkəzində olduqları üçün ətrafdakı insanları öz geyimləri ilə qıcıqlandırmamalıdırlar deyən millət vəkili vurğuladı ki, özünə qiymət verən hər bir xanım geyiminə də diqqətlə yanaşır.“

Dünyada tətbiq edilən standart geyim formasının Azərbaycanda da xüsusi olaraq tətbiq etmək məncə düzgün deyil”-deyən Kamilə Əliyeva bildirdi ki, elə siyasətçi qadınlarımız ola bilər ki,  standart forma onun bədən quruluşuna  uyğun gəlməsin. 

“Məcburiyyət olmamalıdı  Parlamentdə 20 qadın millət vəkili var. Mən xüsusilə ad çəkmək istəmirəm . Deyərdim ki , hamısı zövqlə geyinir . Digər tərəfdən isə bu məsələdə nisbilik var. Zövqlər müxtəlif olduğuna görə bəzən qiymətvermək də çətin olur”.

Günel Türksoy



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az