Karapetyan İrəvandan qaçmağa hazırlaşır

Karapetyan İrəvandan qaçmağa hazırlaşır

Ermənistanın hakim Respublika Partiyasının tərkibində situasiya dəyişib.

Axar.az xəbər verir ki, bu iddia ilə "Joxovurd” qəzeti çıxış edib.

"Serj Sərkisyan partiya liderliyini Karen Karapetyana verdiyini deməsinə baxmayaraq, hələ də öz postundan əl çəkməyib. Bununla belə, Karapetyanın yenidən Ermənistanı tərk edərək, "Qazprom”a geri dönəcəyi gözlənilir. Məsələ ondadır ki, partiya və Karapetyan arasında bu dövrdə münasibətlər daha da gərginləşib. Buna səbəb isə Karapetyanın Sərkisyandan sonra öz vəzifəsində qalmağa cəhd etməsi və bunun üçün xarici dəstək axtarmasıdır. Bu isə Serj Sərkisyanın heç xoşuna gəlməyib”, – deyə qəzet bildirib.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az