“Kaset”lə sədr seçildi, “kaset”lə İncə yolundan götürdü…

“Kaset”lə sədr seçildi, “kaset”lə İncə yolundan götürdü…


İncə "kaset şantajı”, eləcə də digər qaralama kampaniyasına məruz qaldığına dair tvitini 10 may tarixində atıb və bir gün sonra namizədliyini geri götürdü.

10 may tarixi Türkiyə siyasətində təsadüfi təqvim deyil: CHP-nin keçmiş lideri, məhrum Dəniz Baykal da 2010-cu ildə kaset şantajına məruz qalanda məhz 10 may tarixində istefa vermişdi.

İncə ona qarşı şantajın FETÖ tərəfindən edildiyini deyir, Baykala qarşı şantajın da arxasında bu qruplaşmanın dayandığı haqda məlumatlar vardı.

Baykalı sıradan çıxararaq, Kılıçdaroğlunun önünü açdılar. İncəni də seçkidə Kılıçdaroğlunun önünü açmaq üçün "yola saldılar”.

Türkiyə siyasətində mürəkkəb oyun gedir. İncə milli adamdır, ümid edək ki, seçkidə də milli xətt qazanacaq.

Asif Nərimanlı



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az