Almurad Əliyev: “Mən Azərbaycan prezidentindən razıyam”
“Mən hər kəsdən razıyam.Azərbaycan Respublikasının prezidenti İlham Əliyev başda olmaqla, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevdən və digər rəhbərlərdən. Daima bir ağsaqqal olaraq hörmət və ehtiram görmüşəm bu insanlardan. Bunu deyən zaman bəzilərinin ağlına maddi məsələlər gəlməsin. Çünki onlar öz arşınları ilə ölçürlər bunu. Mənə olunan hörmət ağsaqqala olunan hörmətdir”.
Bu fikirləri mərhum prezident Əbülfəz Elçibəyin qardaşı Almurad Əliyev “Vətəninfo.az”-ın suallarını cavablandıran zaman bildirib. A.Əliyevin sözlərinə görə, Azərbaycan Respublikasının Konustitusiyasında edilən dəyişikliklərdən sonra, “Eks-prezidentlərin statusu haqqında” Azərbaycan Respublikası qanunun qəbulu Azərbaycanda bu mərtəbəyə yüksələn insanlara böyük ehtiramın bariz nümunəsidir.
“Artıq qəbul olunan qanun icraya yönəlib. Bildiyiniz kimi uzun illərdi Rusiya Federasiyasinda yaşayan Ayaz Mütəlibov belə vətənə döndü. Bunun nəyi pisdir? Bu qərarları alqışlamaq lazımdır.Mən hərdən deyəndə ki, bu ölkədə birliyə-bərabərliyə ehtiyac var. Bəziləri dodaqların büzürlər ki, ağa düz etmir.Mən haqqı deyirəm”.
Almurad Əliyev qanunun qəbulundan sonra mərhum Əbülfəz Elçibəyin ailəsinin qanundan istifadə edib-etmədiyinə gəldikdə isə bildirdi ki, böyük bəyin ailəsi qanundan istifadə edir.
“Mənim bildiyim ayrılan pulu alırlar. Digər hüquqlardan istifadəyə gəldikdə isə, dəqiq deyə bilmərəm o deyilənlər olunur yayox”.
Almurad Əliyev bir maraqlı fikir də bildirdi və qeyd etdi ki, o 60-cı illərdən Fəttah Heydərovla yaxın olub və yaxşı münasibətə malik olublar.
“Bəlkə də Naxçıvanda yeganə vəzifə sahiblərindən olub ki, Fəttah Heydərov ondan kimsə inciməyib. Hər kəslə yaxşı münasibəti vardı.Mənimlə də gözəl münasibəti olub. Sonradan Bakıya gəldi və işləri ilə bağlı görüşə bilmədik. Amma məclislərdə arada-sırada görüşəndə də salam-sabah edirik. Kəmaləddin Heydərovla da yaxşı münasibətim var. Bir müddət əvvəl bəziləri bilərəkdən aranı vurmağa çalışsalar da,bacarmadılar. Necə ki, Fəttah müəllim insanlarla mənəvi dosluq münasibətləri qurmağı bacarır, eynilə də Kəmaləddin Heydərov dosluq münasibətlərində səmimiliyi sevir. O ara vuranlara mənim bildiyim yaxşı cavab verib”.
Kənan