Kəmaləddin Heydərovla dost deyiləm

Kəmaləddin Heydərovla dost deyiləm

Şahin Tağıyev: “Azərbaycanda olsaydın həbslərdə çürürdüm”

Şahin Tağıyev bu ad bizə o qədər tanışdı ki, hər dəfə xatırlayanda gözümüzün önünə Dağlıq Qarabağda gedən döyüşlərdə göstərdiyi şücayətlər və Milli Qəhraman statusuna yüksəlməsi gəlir.İndi Şahin Tağıyev İsveçin Malmo şəhərində yaşayırr.Yaşayır desək, özü bu ölkəyə qaça-qaça getməyib.10 il bundan əvvəl siyasi sığınacaq alaraq köç edib bu ölkəyə. Səbəb də Azərbaycanda yaşama imkanlarının məhdud olduğunu göstərib. Şahin bəylə “Facebook”da yazışdıq və elə burdan da “Vətəninfo.az” üçün müsahibəni götürdüm. İlkin olaraq deyim ki, hər kəlməsində bir vətən həsrəti var Şahin bəyin.Nə deyim Allah yolunu elinə-obasına tez salsın.Biz qayıdaq müsahibəyə.

-Salam Şahin bəy. Bəy neçə illərdi vətəndən uzaqdasınz?

- 10 il bu avqusta olacaq.

- Vətəndən uzaqda sizi daha çox ağrıdan nədir? 

-Məni ən çox ağrıdan Azərbaycanda olmamağım incidir. Orda olsaydım məndə bu mübarizənin ön cərgəsində olardım.

- Bəy Azərbaycanda hansısa bir mübarizə gedirmi sizcə?

- Məncə Azerbaycanda mübarizə var, ancaq bu mubarizəyə qoşulan çox azdır. Buda səbəbi insanların ümidinnin sındırılmasıdır. Xalqın heç kəsəs ümidi qalmayıb.Əgər Quba hadisələrini liderlər səmimi dəstəkləsəydi, o biri rayonlarda da xalq ayağa qalxacaqdı. Amma əfsuslar olsun ki, bu olmadı. Oldusa da çox zəyif oldu. Bu şansıda əldən buraxdılar.

-Siz 10 ildi Azərbaycandan uzaqdasınız. Niyə getdiniz? Dediyiniz o mübarizəni aparmağa gücünüz çatmadı, yoxsa sizin getmeniz vacibdi?

- Azərbaycandan getməyimin əsas səbəbi o idi ki,uşaqlarımın gələcəyini düşünərək getdim. Orda olsaydım həbslərdə çürümüşdüm.

 - Bu gun çoxları getməkdənsə,hansısa məmurla dostluğa üstünlük verirlər. Daha çox gəncləri meydanlarda görmək olur?Sizin belə bir şansınız oldumu? Yəni hansısa məmurla dostluğunuzdan istifadə etmək üçün?

- Heydər Əliyevin dövründə dostum olub və indi də vəzifədədir.Ancaq mən bu dotluğumuzdan istifadə edib ona ağız açmamışam.Yəni şəxsi işlərimə görə xalqımı heç kəsə satmaram.

-Şahin bəy indi də o dostunuzla elaqəniz varmi? Yəni sizin dönməniz üçün hakimiyyətdən qarantiya ala bilərmi?

 - Mən dost seçəndə həmişəlik seçirəm və elə edirəm ki, nə o mənədn incisin, nədə mən ondan. Belə bir dostum indi də vəzifədədir. Ancaq 15 ildən çoxdur ki, heç vaxt ona müraciət etməmişəm və bilirəm ki, dostum da xalqını düşünən adamdı.

 - Sizə yaxın olan bir çox insane var ki, sirr kimi saxladığınız dostunuzun Kəmaləddin heydərov olduğunu deyirlər?

- İndidə məni kəmaləddin Heydərovla əlaqələndirdilər.Bir vaxtlar Vəzirovla dedilər, sonra da Mütəllibovçu etdilər, indi də Kəmaləddin heydərovçu. Bu tip insanlar belə şeyləri necə deyə bilirlər. Mən həmişə xalqını sevən insanların yanında olmuşam və bundan sonrada bu belə olacaq.

- Sizdə açın deyin dostunuzu qoyun söz-söhbət də kəsilsin.olmaz bəyəm?

- Bağışlayın mən onu deyə bilməyəcəyəm.Bir əd mən söz-söhbətdən qorxan adam deyiləm.Əsas odur ki, qəlbim təmizdi.

 Bilirsiniz ağ köynəyə ləkə düşəndə onu təmizləmək olmur. Amma ürəyə ləkə düşəndə onu nəylə təmizləmək olar. Çoxları mənim haqqımda çox söz deyib.Amma göydə Allah var və qoy desinlər mən incimirəm.Əgər insanın dostu varsa, düşməni də var.

- Bəy siz milli qəhramansınız. Ada görə  nə qədər vəsait verirlər?

-Bəli alıram. Amma əvəllər almaq istəmirdim. Akif nağı məni yola gətirdi. 600 manat cəmi.

- Hansı probleminizi qarşılayır bu 600 manat?

 - Dediyim kimi mənim üçün əsas pul deyil, insanlıq önəmlidi. Mən Bakıda 4 il küçədə yatdım və indiyənə kimi evimdə yoxdu.Amma heç kəsə müraçiət etmədim və etmərəmdə.

- Son olaraq ne zaman Azərbaycana gəlirsiniz?

- Allah qoysa, əgər müharibə başlarsa mən Azərbaycanda olacam. Mən istəmirəm gənc nəsilə miras qoyduğumuz torpaqlarda onlar vuruşub tələf olsunlar.Bu iş biz yaşlı nəsilin üstündədir.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az