Kemeron ayrılığa görə üzr istədi

Kemeron ayrılığa görə üzr istədi
Böyük Britaniyanın Baş naziri Devid Kemeron britaniyalıları Avropa Birliyinin tərkibində qalmağın lehinə səs verməyə inandıra bilmədiyi üçün üzr istəyib.
 
Axar.az xəbər verir ki, bu haqda məlumatı Röyter agentliyi yayıb.
 
Verilən məlumata görə, Baş nazir referendumda qələbə qazana bilmədiyinə görə, kədərli olduğunu dilə gətirib.
 
Qeyd edək ki, daha öncə Almaniya Xarici İşlər naziri Frank-Valter Ştaynmayer seçkilərdə gənclərin daha fəal iştirakını təmin etmək olsaydı, referendumun nəticələrinin bugünkü kimi olmayacağını açıqlamışdı.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az