Kərəm Həsənova-QADAĞA

Kərəm Həsənova-QADAĞA

Vətəninfo.az xəbər verir ki,bu il ölkədə keçiriləcək parlamet seçkilərinə müəyyən qədər vaxtın qalmasına baxmayaraq,bir sıra məmurlar qohum-qardaşına mandat təmin etmək üçün qollarını çirmələyib.Son parlament seçkilərində hakim Yeni Azərbaycan Partiyasından Kərəm Həsənov "AzİNKO Holdinq" tikinti şirkətinin prezidenti Malik Həsənovu parlamentdə mandat sahibi edə bilsə də, qarşıdakı seçkilərdə Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri bunu etməsi müşgül görünür.
Məlumata görə, hakim Yeni Azərbaycan Partiyası parlamentdə lallara hitab edəcək millət vəkilləri ilə vidalaşmq niyətindədir və bu seçkidə parlamentin havasına və siyasi müzakirələrdə aktiv mühiti qavraya biləcək kamanda ilə təmsil olunmaq istəyir. Təbii ki, Malik Həsənov kimi ağzına su alıb oturan,amma lazım gəldikdə daha çox qonaq-qara qarşılamağa lazımlı millət vəkillərinin YAP xətti ilə parlamentdə mandat əldə etmələri hakim partiyanın da ümumi siyasi palitrasına zərbə vurmuş olur. Bu üzdən də YAP-sı bu seçkilərə siyasi apanetləri ilə üz-üzə gəldikdə adekvat cavabları verməyi,rəqibini faktlara dayanan fikirləri ilə oyundankənar vəziyətə salmağı bacaran bir komanda formalaşdırmağı hədəfləyir.Əsabil Qasımov,Malik Həsənov,Hacı Salayev, Rafiq Məmmədhəsənov və bunun kimi bir neçə YAP xətti ilə mantat peşkaş çəkilmiş millət vəkilləri vardırlar ki, yalnız və yalnız səsvermə zamanı düymə basmaqla millət əvkili kimi borclarını yerinə yetirmiş olurlar.
Məlumata görə, Kərəm Həsənovu qardaşının mandatdan kənarda qalmasına səbəb olacaq digər amillərdə narahat edir ki, bu da Malik Həsənovun sahibi olduğu "AzİNKO Holdinq" tikinti şirkəti ilə bağlıdır. Məlumata görə, Malik Həsənovun sahib olduğu şirkətlə bağlı yuxarı dairələrdə elə də müsbət rəy formalaşmayıb və bu şirkətin görmüş olduğu müəyən işlərlə bağlı narazılıqlar hakimiyyət dairələrinə davamlı olaraq göndərilməkdədir. Bütün bu səsləndirilən məlumatlara görə, Kərəm Həsənov Malik Həsənova mandat təmin edilməsinə "one minute”-deyilməsindən bərk əndişəlidir. Qeyd edək ki, hazırda Cəliabad rayon icra hakimiyyətinin başmısı Əziz Əzizovunda Malik Həsənovun yenidən millət vəkili seçilməsində maraqlı olmadığı haqqında məlumat KİV-də yayılmışdı.

Vətəninfo.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az