Kiprlilərdən Azərbaycana böyük hörmətsizlik-VİDEO

Kiprlilərdən Azərbaycana böyük hörmətsizlik-VİDEO

Avropa Liqasının III təsnifat mərhələsində "Bakcell Arena"da keçirilən "Qəbələ" - "Apollon" görüşünün son dəqiqələrində tribunada gərginlik yaşanıb.
Vətəninfo.az ANS PRESS-ə istinadla xəbər verir ki, Kipr bayrağını cırmağa çalışan "Qəbələ" azarkeşinə polislər tərəfindən müdaxilə edilib.
Videodan da görünür ki, müdaxilə zamanı azarkeşlərdən biri tribunadan aşağı yuvarlayıb. Azadlıq Radiosundan bildiriblər ki, xəsarət alan azarkeşə həkimlər tərəfindən yardım göstərilib. Zərərçəkənin son durumu məlum deyil.
Azarkeşlərin isə yerli KİV-ə bildirdiyinə görə, toqquşmalar zamanı 5 nəfər xəsarət alıb. Tibbi müayinədən sonra xəsarət alanların hamısı evə buraxılıb.

Azarkeşlərdən tərəfindən toqquşmanın səbəbi kimi bayrağın yandırılması yox, Şimali Kipr Türk Cumhuriyyətinin (ŞKTC) bayrağının qaldırılması gösətirilir. Onlar iddia edirlər ki, Kipr azarkeşləri tanınmamış Dağlıq Qarabağ respublikasının bayrağını qaldırıb və Azərbaycan bayrağını cırıblar.

 

Təəssüf ki, bayraq yandırmaq ənənəsini "Qəbələ” azarkeşlərinə Gürcüstanın "Dinamo” komandası ilə yaşanan qalmaqal gətirib. Belə ki, hələ iyul ayının 2-də Tiflisdə baş tutan "Dinamo" - "Qəbələ" oyununda insident yaşanıb. Yerli fanatlar Bakıdan matçı izləmək üçün Tiflisə gedən "Qəbələ” azarkeşlərinə hücum edib, Azərbaycanın dövlət atributu olan bayrağını təhqir edib, tribunaya yandırıcı maddələr ataraq "Qəbələ” klubunun böyük bayrağını yandırmaq istəyiblər. Daha sonra Bakıda keçirilən matçda "Qəbələ” azarkeşləri adekvat cavab veriblər. Bundan əvvəl "Qəbələ” azarkeşlərinin hansısa dövlətin atributuna hörmətsizliyi qeydə alınmamışdı.


"Milliyətçi” gürcü fanatları tərfindən ayaqlar altına atılan Azərbaycan bayrağı

Bu gün Avropa Liqasında Azərbaycanı təmsil edən "Qəbələ" III təsnifat mərhələsinin cavab matçına evdə çıxıb. Oyunda bir qol vurulub. 80-ci dəqiqədə penaltidən fərqlənən Cavid Hüseynov "Qəbələ"yə qələbə qazandırıb. Son dəqiqədə Ürfan Abbasov qırmızı vərəqə alsa da, rəqib say üstünlüyündən yararlana bilməyib. Beləliklə, ilk oyunda 1:1 hesablı heç-heçəyə nail olan "Qəbələ" tarixində ilk dəfə Avropa Liqasının "pley-off" mərhələsinə çıxıb.

 

[video=http://| ]

 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az