“Səyyar kitab” sərgi-yarmarkasında kitab hədiyyələri də gözlənilir
Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi və Hədəf Nəşrlərinin paytaxt qəsəbələrində birgə təşkil etdiyi “Səyyar kitab” sərgi-yarmarkasının növbəti - üçüncü dayanacağı Qaradağ rayonu olacaq.
Hədəf Nəşrlərinin mətbuat xidmətindən verilıən əlumata görə, tədbir aprelin 12-də Lökbatan qəsəbəsində, Qaradağ rayonu Ə.Əmirov adına Mədəniyyət Sarayının qarşısında baş tutacaq.
Sərgi gün ərzində saat 11.00-dan 18.00-a qədər davam edəcək. Mindən çox adda, Azərbaycan, ingilis, türk və rus dillərində kitabların təqdim olunduğu sərgi-yarmarkada kitabların güzəştli qiymətlərlə satışı ilə yanaşı, “bir kitab alana bir kitab hədiyyə” kampaniyası da həyata keçiriləcək və kitablar hədiyyə olunacaq.
Kitab sərgisinin məqsədi sakinlərin kitabçılıq sahəsində olan yeniliklərdən xəbərdar etmək və onlara lazım olan müxtəlif kitab və dərs vəsaitlərinin güzəştli qiymətlərlə satışını gerçəkləşdirməkdir.
Sərgilərdə Bakı sakinləri həm Hədəf Nəşrlərinin, həm də müxtəlif yerli və xarici nəşriyyatların kitab məhsulları ilə tanış olmaq, ucuz qiymətə əldə etmək imkanı qazanacaq. Sərgi-yarmarka çərçivəsində abituriyentlər və magistratura imtahanlarına hazırlaşan bakalavrlar da özlərinə faydalı olan test bankları və dərs vəsaitlərini ala biləcəklər.
“Səyyar kitab” sərgi-yarmarkasına hamı dəvətlidir. Sərgi-yarmarkası zamanı yazarlarla görüş gözlənilir.
Hüseynəli xanı Əfşar kimi təqdim etdilər - İran səfirliyinin kobud səhvi
QURU SƏRHƏDLƏR AÇILSA, QİYMƏTLƏR UCUZLAŞACAQ? - İqtisadçıdan AÇIQLAMA
Ağdamda İşğal və Zəfər Muzeyləri Kompleksinin tikintisini 43 milyona vergi borcu olan bu şirkət həyata keçirəcək
Ermənilər Şeyxi hədəfə aldı...
Səməd Vurğunun heykəlindəki kiril əlifbası niyə dəyişdirilmir? – Deputatdan çağırış
“Shaurma №1”-in sahibi Aqil Babayevə qarşı həbsdə çoxsaylı sui-qəsd cəhdlərinin ifşası: Natiq Sadıqovun məqsədi nədir?
Əli Kərimli ilə bağlı KRİTİK GÜN
“Barış üçün qapınıza gəlsələr, geri qaytarın” – Mirşahindən çağırış
“ABŞ Prezidenti Donald Tramp yaxın günlərdə İrana nüvə zərbəsinin endirilməsinə qərar verə bilər”.
“Ramiz Mehdiyev və Əli Həsənovun xalqdan oğurladıqları geri qaytarılacaqmı?”
Aqil Abbas Məclisdə coşdu: “Niyə bizə ev verilməməlidir?”
“Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçdi
Ramiz Mehdiyevin ailə üzvləri haqda sensasiya – Sıra onlara çatır?
Ramiz Mehdiyev harada dəfn olunacaq?
Nazirin yanına gedəsən, əliboş qayıdasan, bu biabırçılıqdır! – Deputat