Komitə sədrindən mediaya: Qadınlarla bağlı təfərrüatı yaymayın

Komitə sədrindən mediaya: Qadınlarla bağlı təfərrüatı yaymayın


"Media qadınlarla əlaqəli hər hansı bir xəbər verəndə bütün detalları açıq şəkildə yayır. Bu xəbərdən sonra həmin qadının aqibəti barədə düşünülmür. Bu hal bizi çox narahat edir".
Miq.az Report-a istinadla xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova deyib.

"Qadın bu kimi xəbərlərdən sonra harada və necə yaşayacaq?! Yaxud hansısa hadisədən sonra barışıq və ya nəsə olsa, həmin qadın çox sıxıntı çəkəcək. Bax, bu məsələdə müəyyən boşluqlar var və aradan qaldırılması üçün mətbuatla işləmək lazımdır”, - deyə o vurğulayıb.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az