Korotçenko: Duqinanın qətli Ankaraya mesajdır

Korotçenko: Duqinanın qətli Ankaraya mesajdır
Rusiyalı filosof Aleksandr Duqinin qızı Darya Duqina Rusiya-Türkiyə yaxınlaşması trekində fəal işləyib - istər KİV sahəsində, istərsə də Rusiya və Türkiyənin "beyin mərkəzləri" arasında.

Bu barədə Axar.az-a açıqlamasında rusiyalı hərbi ekspert, "Milli müdafiə" jurnalının baş redaktoru İqor Korotçenko bildirib.

"Darya Duqinaya qarşı törədilmiş terror aktı həm Moskvada, həm də Ankarada olan siyasi elitalara ünvanlanmış mesajdır", - deyə həmsöhbətimiz qeyd edib.

Onun sözlərinə görə, Darya məqsədli, gənc, gözəl, ağıllı, gələcək üçün güc və niyyətlərlə dolu birisi idi.

Qeyd edək ki, avqustun 20-də axşam Moskva vilayətində hərəkət edən "Toyota” markalı avtomobildə partlayıcı qurğunun işə düşməsi nəticəsində Darya Doqina ölüb.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az