Kraliça edam ediləcək

Kraliça edam ediləcək
Gözəllik kraliçası edam edilə bilər.
Bu cəza ilə kolumbiyalı model üz-üzə qalıb.
Kolumbiyalı model tətil üçün getdiyi Çində narkotik maddə ilə yaxalanıb.
Culiana Lopez istirahətə getdiyi ökəyə komputeri vasitəsilə narkotik maddə keçirmək istəyib. İndi 22 yaşlı model ömürlük həbs və ya edam cəzası ilə üz-üzədir.
"Miss World Medellin" yarışına qatılmalı olan model hazırda həbsdədir. Ailə qızlarınn xilası üçün bütün beynəlxalq qurumlara müraciət edib.
Model ilə əlaqəsi kəsilən ailə ancaq Kolumbiyanın Çin səfirliyi işə qarışandan sonra onun yerini müəyyən edə bilib.
Məlumata görə, Lopez çox yaxşı bir tələbədir və Çinə ölkəsində satmaq üçün geyim, suviner almağa getmişdi.



Xatırladaq ki, Çində narkotik alveri ən ağır cinayətlərdən hesb edilir. Cəzası isə ya ölüm, ya da ömürlük həbsdir.
 ANS
 
 
 
 
 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az