Kredit almaq istəyənlərin işi asanlaşacaq - VİDEO

Kredit almaq istəyənlərin işi asanlaşacaq - VİDEO

Kredit almaq istəyənlərin işi asanlaşacaq: ilk özəl kredit bürosu yaradıldı 

Artıq banklar kredit verərkən özəl kredit bürolarının məlumatlarına əsaslanacaq.

Riskləri önləmək üçün daha etibarlı məlumatlar hazırlayacaq ilk belə Kredit Bürosu təsis edilib.
Maliyyə Bazarlarına Nəzarət Palatasının Baş icraçı direktorunun müavini Asim Zülfüqarov təsis tədbirində bildirib ki, hazırda Mərkəzləşdirilmiş Kredit Reyestrində Azərbaycanda yetkin əhalinin cəmi 36 faizinin kredit tarixçələri cəmlənib. Yeni büronun yaradılması ilə bu rəqəm xeyli arta və problemli kreditlər azala bilər.
Beynəlxalq Maliyyə Korporasiyasının Azərbaycandakı daimi nümayəndəsi Aliyə Əzimova isə yeni özəl maliyyə qurumunun xarici investorlar üçün vacib istinad mənbəyi ola biləcəyinə diqqət çəkib.
Kredit büroları bank və digər borcverən təşkilatların borc almaq istəyən şəxslərin əvvəlki borclarının tarixi, ödəmə statistikası, maliyyə intizamı və borc almaq arzusunda olanların gəlirlərinin əks olunduğu məlumat bazasıdır.
Kredit bürolarında borcalanların məlumatlarının təhlili aparılacaq.
Miq.Az Xezerxeber.az-a istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
[video=http:// ]
Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az