Kreml: Azərbaycan və Rusiya prezidentləri sentyabrın 1-də Soçidə görüşəcək

Kreml: Azərbaycan və Rusiya prezidentləri sentyabrın 1-də Soçidə görüşəcək
 Azərbaycan Prezidenti İlham Əliyev və Rusiyanın dövlət başçısı Vladimir Putin arasında görüş sentyabrın 1-də Soçi şəhərində keçiriləcək.

"Report" xəbər verir ki, məlumatı Rusiya prezidentinin Mətbuat xidməti yayıb. 
Kremldən bildirilib ki, dövlət başçıları gündəlikdə olan bir sıra mühüm məsələlər, o cümlədən qarşılıqlı faydalı ticarət və iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsinin perspektivləri, aktual beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi  aparacaqlar.
Görüşün yekununda hökumətlərarası və qurumlararası bir sıra sənədlərin imzalanması nəzərdə tutulub.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az