Külli miqdarda pul mənimsəmiş şəxslər azadlığa buraxıldı

Külli miqdarda pul mənimsəmiş şəxslər azadlığa buraxıldı
Külli miqdarda mənimsəmədə təqdirləndirilən Şədatə Bayramov və Gündüz Musayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
 
 Lent.az-ın məlumatlna görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində hökm oxunub.
 
Hakimlər kollegiyasının hökmünə əsasən onların hər birinə 5 il müddətinə cəza təyin edilib. Hər iki şəxs Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tətbiq edilməklə məhkəmə zalından zadlığa buraxılıblar.
 
Onlar Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəm; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham ediliblər.
 
Hər iki şəxs "Şuradab Quşçuluq" MÇC-nin vəzifəli əməkdaşı olub.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az