Vətəninfo.az xəbər verir ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsində ilk oyunlar keçirilib. APA-nın Apasport.az saytına istinadən verdiyi xəbərə görə, qrup mərhələsinə iddialı 20 komandadan yarısı bu gecə meydana çıxıb. “Qarabağ”ı III təsnifat mərhələsində mübarizədən kənarlaşdıran “Zalsburq” “Malmö” ilə görüşdən də qalib ayrılıb. “Styaua” isə öz meydanında “Ludoqorets”i son dəqiqələrdə vurulan qolla məğlub edib.
Gecənin ən maraqlı qarşılaşması olan “Kopenhagen” - “Bayer” matçında qapılara 5 top vurulub. Özü də bütün qollar ilk yarıda qeydə alınıb. “Böyük beşlik” çempionatlarının iki təmsilçisi – “Napoli” və “Atletik” arasında Neapolda baş tutan görüş heç-heçə yekunlaşıb - 1:1. Gecənin sonuncu matçında da bərabərlik qeydə alınıb ki, İstanbulda ölkəmizdə də minlərlə azarkeşi olan “Beşiktaş”ın “Arsenal”la qarşılaşmasında tablodakı sıfırlar dəyişməz qalıb. Halbuki, London təmsilçisinin 10 nəfərlə qaldığı qarşılaşmada “Beşiktaş” bir neçə real qol vəziyyətindən yararlana bilməyib.
Çempionlar Liqası
Pley-off mərhələsi, ilk oyunlar
19 avqust
“Zalsburq” (Avstriya) - “Malmö” (İsveç) - 2:1
Şimer, 15; Soriano, 54 - Forsberq, 90
“Styaua” (Rumıniya) - “Ludoqorets” (Bolqarıstan) - 1:0
Kibçu, 89
“Beşiktaş” (Türkiyə) - “Arsenal” (İngiltərə) - 0:0
Qırmızı vərəqə: Remsi, 80 (Arsenal)
“Kopenhagen” (Danimarka) - “Bayer” (Almaniya) - 2:3
Yorgensen, 10; Amarte, 13 - Kisslinq, 5; Bellarabi, 22; Son Heunq-Min, 42
“Napoli” (İtaliya) - “Atletik” (İspaniya) - 1:1
İquain, 68 - Muniani, 41
Vətəninfo.az
Çingiz Abdullayevdən Polad Bülbüloğluna dəstək — FOTO
Aqrar sektoru və kadr potensialını birləşdirən məkan – Dövlət Aqrar Universiteti
Xətai rayon Məhkəməsinin hakimi Əminə Abbasovanın ədalətsiz qərarı QOHUMLUQ ƏLAQƏLƏRİNİN hüquq üzərindəki "qələbəsidiir"-ŞİKAYƏTÇİ
“Həcərin, Nigarın, Əslinin bu xalqa heç bir dəxli yoxdur, üçü də…” – Cəlaloğludan şok
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ