Laçın şəhəri, Zabux və Sus kəndləri minalardan təmizlənir

Laçın şəhəri, Zabux və Sus kəndləri minalardan təmizlənir

Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən Laçın şəhəri, Zabux və Sus kəndlərində mühəndis təminatı üzrə tapşırıqlar icra edilir.

Müdafiə Nazirliyindən APA-ya verilən xəbərə görə, həmin ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi işləri yüksək peşəkarlıqla yerinə yetirilir.
Yaşayış məntəqələrində əsas səylər təhlükəsizlik qaydalarına ciddi riayət etməklə, kombinə edilərək kustar üsulla hazırlanan partlayıcıların və tələ minaların aşkar olunaraq zərərsizləşdirilməsinə yönəldilir.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az