Laçın sərhəd postunda bayrağımız qaldırıldı, Prezidentə məruzə olundu –FOTO/VİDEO

Laçın sərhəd postunda bayrağımız qaldırıldı, Prezidentə məruzə olundu –FOTO/VİDEO

Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub.

Bu barədə DSX Mətbuat Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeni yaradılan məntəqədə Azərbaycan bayrağının ucaldılması mərasimi baş tutub və sərhəd-buraxılış məntəqəsindən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə məruzə edilib.

Azərbaycan Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının polkovniki, Vətən müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı Babək Ələkbərov sərhəd-buraxılış məntəqəsində bayrağın qaldırılması barədə Prezident İlham Əliyevə məruzə edib.

"Möhtərəm Prezident, cənab Müzəffər Ali Baş Komandan, məruzə edirəm ki, Sizin tapşırığınıza əsasən, Azərbaycan-Ermənistan dövlət sərhədində, Həkəri çayının üzərindəki körpünün üstündə fəxarət rəmzimiz olan 3 rəngli dövlət bayrağımız dalğalanmaqdadır. Bununla da Vətən sərhədlərinin bütövlüyü təmin olunmuşdur. Yaşasın Azərbaycan, yaşasın Ali Baş Komandan! Qarabağ Azərbaycandır!” – məruzədə deyilib.
 
[video=http:// ]


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az