Lavrov Dağlıq Qarabağ probleminə görə İrəvana gedib
Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Ermənistana iki günlük səfərə gedib.
Musavat.com "RİA Novosti”yə istinadən xəbər verir ki, o, səfər çərçivəsində Ermənistan prezidenti Serj Sərkisyan və xarici işlər naziri Edvard Nalbəndyanla görüşəcək.
Səfərin əsas mövzusu Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasıdır.
Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirmişdi ki, Sergey Lavrov münaqişənin həlli ilə bağlı müəyyən təkliflər irəli sürəcək. "Sergey Lavrov heç bir yerə əliboş getmir”, - XİN təmsilçisi demişdi.
Bununla belə, Mariya Zaxarova Lavrovun təkliflərinin plan, proqram, layihə və ya sənəd kimi təqdim etmək doğru deyil.
Miq.az