Öldürücü istilər...

Öldürücü istilər...

Pakistanda həddindən artıq istilərə görə son bir gündə 25 adam həyatını itirib.

İstilərin temperaturu 45 dərəcəyə qədər yüksəlib.
Ölkənin cənubunda yerləşən liman şəhəri Kəraçidə Cinah Xəstəxanasının həkimi Sim Camal son 24 saatda şəhərdə 15 adamın öldüyünü bildirib.
Kəraçidən 5 saatlıq məsafədə yerləşən Hindistan sərhədində olan çöl bölgələrində də 10 adam həyatını itirib.
Pakistanın Meteorologiya Ofisinin məlumatına görə, isti hava hələ davam edəcək.
Axar.az
 Qeyd edək ki, ötən ay Pakistanın qonşusu Hindistanda da dəhşətli istilər təxminən 1400 adamın ölümünə səbəb olmuşdu.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az