Lisenziya və icazələrlə bağlı qayda təsdiqləndi

Lisenziya və icazələrlə bağlı qayda təsdiqləndi

Nazirlər Kabineti "Lisenziyaların və icazələrin vahid reyestrinin aparılması Qaydası”nı təsdiqləyib.
 
Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, reyestrin formalaşdırılması, aparılması, istifadəsi və orada saxlanılan məlumatların mühafizəsi elektron texnologiyalar əsasında həyata keçirilir. Reyestr elektron formada aparılır.
 
Reyestrdən dövlət orqanları, bələdiyyələr, təşkilati hüquqi formasından asılı olmayaraq hüquqi şəxslər, xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri, fərdi sahibkarlar və sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan fiziki şəxslər istifadə edə bilərlər.
 
Reyestrdən istifadə və reyestrdən məlumatların alınması ödənişsizdir.
Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az