Ölkədə avtomobil istehsalı 5 dəfə artıb

Ölkədə avtomobil istehsalı 5 dəfə artıb

Vətəninfo.az  xəbər verir ki, cari ilin yanvar-avqust aylarında Azərbaycanda 1771 minik avtomobili istehsal olunub. ANS PRESS-in Dövlət Statistika Komitəsinə istinadən məlumatına görə, bu rəqəm 2013-cü ilin analoji dövründə qeydə alınan göstəricini 5,4 dəfə üstələyir.

Qeyd edək ki, 2013-cü ildə Azərbaycanda 424 minik maşını istehsal olunub. Bu, 2012-ci ilin göstəricisindən 21,8 faiz azdır. Statistik məlumatlarda qeyd olunur ki, bu ilin 8 ayı ərzində ölkədə 180 yük maşını istehsal olunub. Bu, ötən ilin analoji dövründə qeydə alınan göstəricidən 22,4 faiz çoxdur. 2013-cü ildə Azərbaycanda 246 yük maşını istehsal olunmuşdu ki, bu da 2012-ci ilin göstəricisini 52,8 faiz üstələyib.

Bundan başqa, hesabat dövründə ölkədə 874 traktor istehsal edilib ki, bu da 2013-cü ilin müvafiq dövründə qeydə alınan göstəricidən 2 dəfə çoxdur. 2013-cü ildə Azərbaycanda 739 traktor istehsal edilmişdi. Bu, 2012-ci ildə qeydə alınan göstəricidən 19,6 faiz çoxdur.

Vətəninfo.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az