Azərbaycanda yeni silahlı birləşmə növünün yaradılması gözlənilir.
Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı təkliflər yenidən hazırlanan “Silahlı qüvvələr və başqa silahlı birləşmələr haqqında” qanun layihəsində əksini tapıb.
Qanun Müdafiə Nazirliyindən başqa digər qurumların tabeliyində olan qoşun növləri ilə bağlı məsələləri ehtiva edəcək.
Yeni təkliflər daha çox hazırkı Daxili Qoşunlar strukturunun yeni Jandarma strukturu ilə əvəzlənməsini və yeni sistemin daha da təkmilləşdirilməsini, yaxud Daxili Qoşunlarla yanaşı, yeni birləşmənin yaradılmasını nəzərdə tutur. Eyni zamanda qanun gələcəkdə əlavə silahlı birləşmələrin yaradılmasına da imkan verir. Qanun qəbul olunduqdan sonra məsələnin reallaşması ölkə başçısı, Ali Baş Komandanın qərarından asılı olacaq.
Qanun layihəsi hazırda rəy alınması üçün müvafiq qurumlara göndərilib və Müdafiə Nazirliyindən başqa digər qurumlar artıq rəy verib.
Müdafiə Nazirliyinin rəyi gecikdirməsinə görə qanun layihəsi hələ ki, müzakirəyə çıxarıla bilmir.
Bu il ərzində Müdafiə Nazirliyindən rəy alınması və qanunun MM-də müzakirəyə çıxarılması gözlənilir.
Veteninfo.az
Hüseynəli xanı Əfşar kimi təqdim etdilər - İran səfirliyinin kobud səhvi
QURU SƏRHƏDLƏR AÇILSA, QİYMƏTLƏR UCUZLAŞACAQ? - İqtisadçıdan AÇIQLAMA
Ağdamda İşğal və Zəfər Muzeyləri Kompleksinin tikintisini 43 milyona vergi borcu olan bu şirkət həyata keçirəcək
Ermənilər Şeyxi hədəfə aldı...
Səməd Vurğunun heykəlindəki kiril əlifbası niyə dəyişdirilmir? – Deputatdan çağırış
“Shaurma №1”-in sahibi Aqil Babayevə qarşı həbsdə çoxsaylı sui-qəsd cəhdlərinin ifşası: Natiq Sadıqovun məqsədi nədir?
Əli Kərimli ilə bağlı KRİTİK GÜN
“Barış üçün qapınıza gəlsələr, geri qaytarın” – Mirşahindən çağırış
“ABŞ Prezidenti Donald Tramp yaxın günlərdə İrana nüvə zərbəsinin endirilməsinə qərar verə bilər”.
“Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçdi
“Shaurma №1”-in sahibi Aqil Babayevə qarşı həbsdə çoxsaylı sui-qəsd cəhdlərinin ifşası: Natiq Sadıqovun məqsədi nədir?
“Barış üçün qapınıza gəlsələr, geri qaytarın” – Mirşahindən çağırış
Ermənilər Şeyxi hədəfə aldı...
“ABŞ Prezidenti Donald Tramp yaxın günlərdə İrana nüvə zərbəsinin endirilməsinə qərar verə bilər”.