Lukaşenko üçün bir milyondan çox imza yığılıb

Lukaşenko üçün bir milyondan çox imza yığılıb
Belarusun indiki dövlət başçısı Aleksandr Lukaşenkonun yenidən prezidentliyə namizədliyinin irəli sürülməsi üçün təşəbbüs qrupu 1,7 milyon imza toplayıb.
Təşəbbüs qrupunun rəhbəri Mixail Ordanın sözlərinə görə, imza toplanılması açıq və könüllülük şəraitində keçirilib.
Namizədliyin irəli sürülməsi üçün tələb olunan 100 min seçici imzasını Liberal-Demokrat Partiyasının lideri Sergey Qaydukeviçin, "Həqiqəti danış” kampaniyasının nümayəndəsi Tatyana Korotkeviçin, iqtisadçı Viktor Tereşenkonun və Belarus Vətənpərvərlər Partiyasının sədri Nikolay Ulaxoviçin təşəbbüs qrupları da toplaya biliblər
Belarus solçularının "Ədalətli dünya” partiyasının sədri Sergey Kalyakinin və Birləşmiş Vətəndaş Partiyasının lideri Anatoli Lebedkonun təşəbbüs qrupları isə imza toplama kampaniyasında uğursuzluğa düçar olublar.
Belarusda prezident seçkiləri bu il oktyabrın 11-də keçiriləcək.

Modern.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az