Ölümlə nəticələnən yol qəzası: Əsl GÜNAHKAR kimdir? (REAKSİYA)

Ölümlə nəticələnən yol qəzası: Əsl GÜNAHKAR  kimdir? (REAKSİYA)

"Qardaşım Qasımov Təvəkkül Qasım oğlunun azadlığa buraxılması barədə yayılan məlumatlar şayiədir”. Bu sözlər Şəkidə ağır yol qəzası törədən Təvəkkül Qasımovun qardaşı Arif Qasımovun Miq.Az-a göndərdiyi müraciətdə əks olunub. 

Məlumat üçün deyək ki, Təvəkkül Qasımov ölümlə nəticələnən yol qəzası törədib. Ona qarşı Cinayət Məcəlləsinin  263.2 (ehtiyatsızlıqdan ölümlə nəticələnən yol nəqliyyat hadisəsi) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələrilə ittiham irəli sürülüb. Miq.Az məlumzt yaymışdı ki, istintaq orqanı Təvəkkül Qasımov barəsində həbs-qətimkan tədbiri seçilməsi üçün Şəki Rayon Məhkəməsinə təqdimat verib. Lakin məhkəmə təqdimatı rədd edib.

Təvəkkül Qasımovun qardaşı isə hesab edir ki, bu məlumat məhkəməyə təsir etmək məqsədi daşıyır:

"Bildirmək istəyirəm ki, qardaşım Təvəkkül Qasımov  Cinayət Məcəlləsinin  263.2 (ehtiyatsızlıqdan ölümlə nəticələnən yol nəqliyyat hadisəsi) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə təqsirli bilinmirdir. İnternet saytlarına verilmiş yazılardan da görünür ki, müəllif polisin və prokurorluğun mövqeyini əks etdirmişdir. Həmin vaxt qardaşım hadisənin törədilməsində şübhəli şəxs qismində cəlb edilsə də, hesab edirəm ki, o günahsızdır. Belə ki, həmin vaxt onunla eyni istiqamətdə iki avtomobilin olmasına və həmin avtomobillərin aşkar olunması ilə bağlı ərazidə lazimi qaydada kameraların olmasına baxmayaraq polis bu məsələlərin araşdırılması ilə bağlı heç bir hərəkət etməmişdir.

Bundan başqa tərəfimizdən dəfələrlə ölmüş şəxsin üzərindən keçən avtomobillə qardaşımın avtomobilinin təkərlərinin eyniləşdirilməsi barədə vəsatət verilməsinə baxmayaraq hələ də bu barədə heç bir qərar qəbul edilməmişdir. Nədənsə tərəfimizdən çox asanlıqla aşkar edilmiş kamera görüntüləri hələ də polis əməkdaşları tərəfindən əldə edilməmişdir. Əsas isə həmin kameraların yaddaşının bir günlük olduğu göstərilmişdir. Tərəfimizdən əldə olunmuş sübutlar polis tərəfindən nəzərə alınmadığından həmin görüntülər məhkəmə iclası zamanı təqdim ediləcəkdir. Hesab edirəm ki, bütün bu yazılar məhkəməyə təsir etmək deməkdir. Belə yazılar məhkəmələr tərəfindən ədalətin bərqərar olmasına imkan verməyən haldır”.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az