“Mado”da rüsvayçılıq - Telefonu “zaryadka”ya qoymaq 35 manatdır Fotofakt

“Mado”da rüsvayçılıq - Telefonu “zaryadka”ya qoymaq 35 manatdır Fotofakt

Bakıda fəaliyyət göstərən "Mado” restoranlar şəbəkəsində telefonunu enerji yığması üçün ofisianta verən müştəri qəribə hadisə ilə üzləşib. 

Miq.az xəbər verir ki, bu barədə sosial şəbəkə istifadəçisi Şahin Amanov feysbukda yazıb. O, sonda bu xidmət üçün 35 manat ödəməli olduğunu öyrənib: "Telefonu "zaryadka”ya qoymaq istədim,ofisiant dedi ķi 10-15 dəqiqədən sonra mümkün olacaq, çünki zaryadkada 7-8 dənə telefon var. Dedim onda hesabı gətirin, "zaryadka” lazım deyil. Hesab gəlib. Ofisianta deyirəm, qardaş, bu Powerbank 5200 nədirsə,biz belə şey yeməmişik”.

Ofisiantın cavabı isə belə olub: "Bayaq telefonu "zaryadka”ya qoymaq üçün aparat istəmədiniz? Əslində "zaryadka"ya qoymaq özü pulsuzdur. Ancaq bu aparatın qiyməti 35 manatdır. Onu da hesaba hər ehtimala qarşı yazırıq ki, birdən gedəndə götürüb özünüzlə apararsız”.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az