Bu günlərdə Danimarkanın paytaxtı Kopenhagen şəhərində bir çox ölkələrdə olduğu kimi Türk Musiqi Olimpiadasi adlı mahnı yarışması keçirilib.
“Vətəninfo.az” xəbər verir ki, müsabiqədə iştirak edənlərlərdən ən yaxşıları seçilərək, yarışmanı davam etdirmək üçün Türkiyəyə vəsiqə qazanıb.
Müsabiqənin qalibi "Qaragöz" Azərbaycan mahnısı ilə Nikol Höyer olub. 2-ci yerə isə Qalina Milkelsen Ələkbər Tağıyevin "Qalginən sənə qurban" mahnısının türk versiyasi "Mavi muncuq kimdədi" mahnısı layiq görülüb. 3-cü yerdə isə Katerina Melamed "Manolyam" ( Zeki Mürenin şərqisi) mahnısı olub.
Vətənimizi Danimarklılara tanıtmaq , mahnılarımızın gözəlliyini bu ölkənin xalqına aşılamaq üçün Kəmalə Hüseynovanın göstərdiyi böyük xidmət də cavabsız qalmayıb. Belə ki, o müsabiqəyə gələn Türkiyənin Danimarkdaki səfiri Berki Dibek ve Danimarkanın millət vəkili Özlem Çekic tərəfindən 2 ödüllə mükafatlandırılıb. Bundan başqa hemyerlimiz ,Danimarka üzrə “Türkçe Olimpiatları genel müzik koordinatoru” vəzifəsinə təyin olunub.
Bu ilki yarışmada türk mahnıları ilə yanaşı, Azərbaycanımızın da gözəl mahnıları səsləndirilib.Və ötən ilə nisbətən bu il daha çox Azərbaycan mahnıları nümayiş etdirilib. Xüsusən də, mahnıların danimarkalılar tərəfindən oxunması böyük rezonansa səbəb olub. Həmçinin, Danimarkada təşkil olunan bu ilki müsabiqənin hazırlanıb ərsəyə çatdırılmasında Həsən Hüseynin və Enes Fateh Doğanın da böyük əməyi vurğulanmalıdır.
Qeyd edək ki, Türk Musiqi Olimpiada yarışması aprelin 30-da Türkiyədə keçiriləcək. Və yarışmanın qalibləri ora qatılmaq üçün Türkiyəyə yola düşəcəklər.
Xatırladaq ki, ötən il belə bir yarışma keçirilmişdi və yarışmada Danimarka 3-cü yerə layiq görülmüşdü.
Mirvari Nəcəf