Masallı Mamedin dostundan Sərkisyana tutarlı cavab

Masallı Mamedin dostundan Sərkisyana tutarlı cavab
Rusiyanın Taqanroq şəhərində yaşayan, rus şairi Aleksandr Fomenkov əksər yazılarında Azərbaycansevər olduğunu önə çəkir.
 
Aleksanr Fomenkov bu dəfədə ənənəsinə sadiq qalıb.  O, Ermənistan prezidenti Serj Sərkisyanın , Bütün dünya yığşsa da Qaraqbağ xalqının Azərbaycanın tərkibində yaşaya biləcəyinə inandıra bilməz, deməsinə özünün inistiqram səhifəsində tutarlı cavab verib:
Azərbaycan tankları Qarabağ ermənilərini inandıracaq ki, Ermənistan torpaqlarından qovulmuş azərbaycanlıların yaşadıqları torpaqlarda məskunlaşsınlar.
Əgər, ümumiyyətlə, İrəvan xanlığını itirmək istəmirsinizsə.
Əks halda sizi əsl müharibə gözləyir – böyük əksəriyyəti türklərdən ibarət olan OKDB, NATO və Türkiyənin iştirakı ilə.
Ümid edirik ki, məsələ bu həddə gəlib çıxmayacaq. Serjik, səni Müəmmər Qəddafinin aqibəti gözləyir. Əks halda səni Putinin təbiri ilə desək, öz ermənilərin kremilin tualetində tapacaqlar
Ona görə yox ki, onlar səninlə razı deyillər, ona görə ki, beynəlxalq erməniçiliyin günahını kiminsə boynuna yükləmək lazımdı. Ardınca da arxayın ol ki, Robik də gələcək. Onun həyasız gülüşünü Heydər Əliyev axirətdə də bağışlamayacaq. Roma Papasi səni və Robiki Romadakı ayaqyoluna belə burxmaz. Çünki o qoxuya həssas adamdır. Sizdən isə artıq nəş iyi gəlir”.
Xatırladaq ki, Aleksandr Fomenkovun Azərbaycanda çoxlu dostları var. Vaxtı ilə Azərbaycanda cəza çəkən şairə qarşı haqsızlıq olanda məşhur qanuni oğru, rəhmətlik Masallı Mamed məsələyə aydınlıq gətirmiş və türmə qanunları ilə A. Fomenkovu  qorumuşdur. Şairin Masallı Mamedə həsr etdeiyi bir-neçə şeiri kitabənda dərc olunub.
Şair Aleksandr Fomenkovun hazırda  azərbaycanlı yazarlar Nurəddin Ədiloğlu və Faiq Balabəyli ilə yaxın dostluq əlaqələri var. /Müstəqil. Az/
 
Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az