Maşının vurduğu süpürgəçi qadın xəstəxanada öldü
Ötən gün avtomobil tərəfindən vurulan süpürgəçi Muradova Almaxanım Pirağa qızı vəfat edib.
Miq.Az-ın məlumatına görə, Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, yaralının vəziyyəti ağır olduğundan xəstəxanada dünyasını dəyişib:
"Xəstəxanaya aparılan zaman vəziyyəti ağır idi. Əməliyyat olunsa da, həyatını qurtarmaq mümkün olmayıb”.
Almaxanım Muradova ötən gün xəstəxanada dünyasını dəyişib. 1965-ci il təvəllüdlü A.Muradova döş qəfəsinin küt travması və digər ağır xəsarətlərlə reanimasiyaya yerləşdirilmişdi.
Qeyd edək ki, hadisə paytaxtın Heydər Əliyev prospektində "Bağırov” körpüsünün yaxınlığında baş verib.
Miq.Az