MÜBARƏKÇİLƏRƏ DAHA BİR ZƏRBƏ

MÜBARƏKÇİLƏRƏ DAHA BİR ZƏRBƏ

Diktatorun dönəmində yüksək vəzifə tutmuş adamların bundan sonra vəzifə tutmaları qadağan edilib

Bu haqda "Veteninfo.az" musavat.com saytına istinadən xəbər verir.

Misir parlamenti Hüsnü Mübarək rejimində yüksək vəzifə tutmuş şəxslərin 10 il ərzində siyasətlə məşğul olmasını yasaqlayan qanun qəbul edib. Aprelin 12-də qəbul edilən qanun 2001-ci ildən 2011-ci ilin fevralına qədər yüksək post tutmuş şəxslərə şamil olunacaq.

Hüsnü Mübarək Misirə 1981-ci ildən rəhbərlik edib, 2011-ci il fevralın 11-də xalq hərəkatının təzyiqləri nəticəsində istefa verməyə məcbur olub. 

Qanun Ali Hərbi Şuranın razılığından sonra qüvvəyə minə bilər. Misir parlamentinin bu addımı Hüsnü Mübarək rejimində vitse-prezident postu tutmuş Ömər Süleymanın prezident seçkisində iştirakına imkan verməmək məqsədi daşıdığı bildirilir. Misirdə prezident seçkisi mayın 23-24-də keçiriləcək.

Ömər Süleyman 1936-cı ildə doğulub. Misirdə və Sovet İttifaqında hərbi akademiya təhsili alıb. General-leytenantdır. 1980-ci illərdə Ayn-Şəms və Qahirə universitetlərini bitirib. 1991-ci ildən Misirin hərbi kəşfiyyatına, 1993-cü ildən ümumi kəşfiyyata rəhbərlik edib. 2011-ci il yanvarın 29-da vitse-prezident təyin olunub.

 Misirdə 20 nəfərdən çox şəxsin prezidentliyə namizədliyi qeydə alınıb. Onların arasında ən şanslıları Ərəb Dövlətləri Liqasının sabiq baş katibi Əmr Musa, “Müsəlman qardaşlar” hərəkatının sədr müavini Hayrat əl-Şatir sayılır.

2011-ci ilin fevralından bəri ölkədə parlamentin aşağı və yuxarı palatalarına seçkilər keçirilib. Hər iki seçkini “Müsəlman qardaşlar” hərəkatına daxil olan Azadlıq və Ədalət Partiyası udub. Parlamentin aşağı palatasına Məhəmməd Səid əl-Katatni, yuxarı palatasına Əhməd Fəhmi sədrlik edir. Onlar “Müsəlman qardaşlar”ın təmsilçiləridir.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az