Məcburi köçkündən Mehriban xanım Əliyevaya-​​​​ MÜRACİƏT

Məcburi köçkündən Mehriban xanım Əliyevaya-​​​​ MÜRACİƏT


Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya

Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, K.Kərimov küçəsində yaşamış, hal-hazırda Sumqayıt şəhəri, 5-ci məhəllə, ev13/374, mən 3-də kirayədə yaşayan Səfərov Sinan Əfəd oğlu tərəfindən


​​​​ MÜRACİƏT
  
​Hörmətli Mehriban xanım!

Yazıb Sizə bildirmək istəyirəm ki, atam Səfərov Əfəd Abdulla oğlu Füzuli rayonundan məcburi köçkündür. Mən isə Sumqayıt şəhərində anadan olmuşam. Atamın məskunlaşdığı H.Z.Tağıyev qəsəbəsi K.Kərimov küçəsi barak 12, mən2-də 26 fevral 2017-ci il tarixdə baş vermiş yanğın evimizi yararsız hala saldığı üçün yuxarıda qeyd olunan ünvanda kirayə tutmağa məcbur olduq.

​Hörmətli Mehriban xanım!

Nəzərinizə çatdırıram ki, 5 yanvar 2000-ci il tarixdə mən anadan olmuşam və cəmi 1 ay yarım, yəni 23 fevral 2000-ci il tarixdə anam dünyasını dəyişdi. Çox böyük çətinliklərə qarşı-qarşıya qalmışıq. Bu azmış kimi sığındığımız barakın yanması bizi (atam ikinci dəfə ailə qurduqdan sonra bir bacım və iki qardaşım dünyaya gəlib) daha da çıxılmaz vəziyyətə saldı. Atam asma xəstəsi olduğu üçün işləyə bilmir. Mən maşın bazarında fəhlə işləyə-işləyə ailənin problemlərini qismən də olsa təmin edirdim. Mənə ən pis təsir edən bacı-qardaşımın təhsildən kənarda qalmasıdır.

​Möhtərəm Mehriban xanım!

18 yaşım tamam olduğu üçün hərbi xidmətə çağrılmışam. Ulu öndərimiz Heydər Əliyev demişdir: "Səngərdə olan əsgər problemsiz olmalı, ancaq düşməni məhv etmək haqqında düşünməlidir”. Odur ki, ailəmin mənzillə təmin olunması  hərbi xidmətə yollanan zaman məni rahatlaya biləcək ən böyük arzumdur.

​Hörmətli Mehriban xanım! Siz həmişə biz gənclərin yanında olmusunuz. Odur ki, Sizdən ailəmin mənzillə təmin olunmasını xahiş edirəm. Mən isə Sizə hərbi xidmətimi layiqincə yerinə yetirəcəyimə və düşmənə amansız olacağıma söz verirəm.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az