Mehdiyevin fəaliyyəti tariximizin saxtalaşdırılmasına səbəb olub - DEPUTAT

Mehdiyevin fəaliyyəti tariximizin saxtalaşdırılmasına səbəb olub - DEPUTAT
"Ramiz Mehdiyevin Qərbi azərbaycanlılara qarşı sərgilədiyi mövqe, əslində, yalnız həmin icmaya deyil, bütövlükdə Azərbaycan xalqına qarşı yönəlmiş münasibətin göstəricisidir".

Bu sözləri Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib.

O vurğulayıb ki, Ramiz Mehdiyevin Qərbi Azərbaycana qayıdışı məsələsində mövqeyi cəmiyyətə yaxşı bəllidir:

"Mehdiyevin fəaliyyəti vətənpərvərlik duyğularının zəifləməsinə, milli idrakın, özünüdərkin əngəllənməsinə, tariximizin saxtalaşdırılmasına, ümumi mənəvi mühitin deqradasiyasına səbəb olub. Nəticə etibarilə cəmiyyətdə milli aşağılıq kompleksinin formalaşmasına, bunun sistemli şəkildə aşılanmasına xidmət edən geniş bir şəbəkə yaradılıb. Təəssüf ki, həmin şəbəkənin izləri hələ də qalmaqdadır, lakin artıq onların ifşa prosesi başlayıb.

Qərbi Azərbaycana qayıdışın reallaşması üçün bu mənəvi yükdən qurtulmaq mühüm şərtdir.

Onun vurduğu mənəvi zərbələr birbaşa Azərbaycan xalqına qarşı həyata keçirilmiş fəaliyyət kimi qiymətləndirilməlidir.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az