Məktəb ətrafında siqaret satışı QADAĞASI GƏLİR

Məktəb ətrafında siqaret satışı QADAĞASI GƏLİR
Bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirilib.

Publika.az xəbər verir ki, iclasda Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli çıxış edərək, Azərbaycanda ictimai yerlərdə tütün məmulatlarından istifadənin məhdudlaşdırılmasını nəzərdə tutan qanun layihəsinin əhəmiyyətindən danışıb.
Komitə sədri deyib ki, sözügedən qanun layihəsi Milli Məclisin Əmək və sosial siyasət komitəsinin yaz sessiyasının qanunvericilik planına daxil edilib.
"Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında” qanun layihəsinin müəllifi, deputat Musa Quliyev isə bildirib ki, layihə ilə bağlı ictimai dinləmələrin keçirilməsi daha məqsədəuyğundur:
"Bu layihə Azərbaycanda tütünçülüyün inkişafına qarşı deyil. Burada həm istehlakçıların, həm istehsalçıların balanslaşdırılmış marağı nəzərə alınır. Bir sözlə, millətin marağı əsas götürülməlidir. Milli Məclisin fəaliyyətinin əsas məqsədi də budur. Həmin dinləmələrə tütün istehsal edən, o cümlədən idxalçı şirkətlərin nümayəndələrini də dəvət etmək yaxşı olardı. Arzu edirəm ki, qanun layihəsi parlamentin yaz sessiyasında qəbul edilsin”.
Komitə sədri Hadı Rəcəbli ictimai dinləmələrin keçirilməsi təklifini dəstəkləyib.
Deputat İlham Məmmədov isə qeyd edib ki, bu qanunun qəbulu ilə ictimai yerlərdə siqaret tüstüsündən əziyyət çəkənləri tüstüdən qorumağa nail olunacaq:
"Məktəblərin yaxınlığında yerləşən köşklərdə ədədlə siqaret satışının qarşısını almaq da yaxşı olar. Çünki siqareti ədədlə adətən yeniyetmələr və gənclər alırlar”.
H.Rəcəbli komitənin ümumi işini də yüksək qiymətləndirdiyini söyləyib.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az