Hüseyin Əlizadə haqqında şikayyət var
“Vətəninfo.az”ın redaksiyasına müraciət edən vətəndaş Axundov Sabir Muxtar oglu aldadılaraq pulunun mənimsənildiyini bildirdi.Belə ki, o qızının ,bir zamanlar fəaliyyət göstərən “Kiyev Reklam İnistitutu” nun Bakı filialında təhsil aldığını qeyd etdi. Lakin sonradan məktəbin fəaliyyəti dayandırıldıqdan sonra, o qızının sənədlərini geri almaq üçün axtarışa başlayır. Və beləliklə inistituta rəhbərlik etmiş Hüseyin Əlizadənin qardaşı Məmməd Əlizadənin Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri olduğunu öyrənir. Partiyanın Nərimanov rayonu ərazisindəki ofisinə gələrək Məmməd Əlizadə ilə əlaqə saxlayır və ondan qardaşını tapmaqda kkömək etməsini xahiş edir. Məmməd Əlizadə öz növbəsində ona sənədləri geri alacağı təqdirdə uşağın neçə illik aldığı təhsilin boşa gedəcəyini bildirir və qardaşının onlara kömək edəcəyini deyir. Məmməd Əlizadə sonra onlara qardaşı ilə görüşmələrində vasitəçilik edir.Beləliklə Hüseyin Əlizadə valideyinə onun övladını Dağıstan Muxtar Respublikasında yerləşən Ədəbiyyat və İncəsənət İnistitutuna bərpa edəcəklərinə söz verir. Təhsil haqqı kimi isə 3000 min manat pul lazım olduğunu deyir. Beləliklə Sabir Axundovdan 1 ay ərzində iki dəfə 1500 manat alır və onu özü ilə Dağıstana aparır. Hətta məktəb rəhbərliyi ilə də görüşərək sənədləri ona verir. Bununlada onların inamını qazanmağa nail olur.Lakin 2 ilə yaxın zaman keçməsinə baxmayaraq heç bir nəticə olmur. S.Axundov Ali Təhsil müəsisəsi ilə əlaqə saxlasa da, onlara sənədlərin məktəbdə olduğunu,lakin heç bir ödəniş edilmədiyi deyilir. Bundan sonra vəziyyəti başa düşən valideyin Hüseyin Əlizadəni axtarmağa başlayır.Lakin H.Əlizadə telefonlara cavab vermir, yaxutda telefonunu söndürür. Məmməd Əlizadə isə ilk zamanlar onları çox mülayim qarşılayır və bir az səbirli olmalarını bildirir və qardaşının səhətində problemlər olduğunu bildirir.Lakin zaman keçdikcə o sərt olmağa başlayır və sonda S.Axundovu yanından qovaraq “get kimə istəyirsən şikayyət elə,məənə ki,pul verməmisən” cavabını verir. Redaksiyamıza gələn S.Axundov artıq vəziyyətin bu şəkildə davam etməsinin qarşısını almaq və onu dolandıranların cəzalandırılmaları üçün Daxili İşlər Naziri Ramin Usubova və Mütəşəkkil Cinaykarlığa qarşı Mübarizə İdarəsinə müraciət etdiyini bildirdi. Redaksiya olaraq DADP səri ilə əlaqə saxladıq qeyd edilən məsləyə onunda mövqeyin öyrəndik.
“Mənim qeyd olunan hadisə ilə bağlı xəbərim var və belə məsələlərə görə qardaşımla küsülüyəm. Bu məsələnin mənə hər hansı bir dəxli yoxdu. Hüseyni tutdurmaq istəyirlər, nə etmək istəyirlər etsinlər”.
Kamran