Məmur kabinetin təmirinə 250 min xərcləyib - Azərbaycanda

Məmur kabinetin təmirinə 250 min xərcləyib - Azərbaycanda

Nəqliyyat nazirinin müavini Arif Əsgərovun həbs olunacağı ilə bağlı yayılan xəbərlərin ardınca onun haqqında daha bir iddia gündəmə gəlib.

Miq.Az xəbər verir ki, "Yeni Müsavat” qəzetinin yaydığı xəbərdə bildirilir ki, Arif Əsgərov nəqliyyat nazirinin müavini postuna təyin edildikdən sonra ona verilən iş otağında "əsaslı təmir” aparıb. Məlumata görə, A.Əsgərov bununla öz rəqiblərinə acıq vermək istəyib. O, Nəqliyyat Nazirliyinin rəhbərliyindən təmir üçün icazə aldıqdan sonra işə başlayıb və kabinet təmirinə 250 min manat pul xərcləyib. Bütün aksessuarları, mebelləri xarici ölkələrdən xüsusi sifarişlə gətirib.

Xatırladaq ki, keçmiş nazir müavinin "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri olan vaxtlarda ciddi maliyyə pozuntularına yol verdiyi, 48 milyon manat dövlət vəsaitinin mənimsədiyi iddia olunur.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az