Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deputatlığa namizədliyini irəli sürəcək dairə ilə bağlı hələ ki qəti qərar verməyib.
Vətəninfo.az-ın xəbərinə görə, o, Modern.az saytına deyib ki, Göygöl-Daşkəsən seçki dairəsindən namizəd olmağı arzu edir: "Qəti qərar gələ bilmirəm. Qəti qərara gələndən sonra açıqlama verəcəm. Ürəyimdən Göygöl-Daşkəsən dairəsindən namizəd olmaq keçir. Bunun üçün müəyyən danışıqlar aparılır.
- Bəlkə siz də Yeni Azərbaycan Partiyasının siyahısının açıqlanmasını gözləyirsiniz?
- Yox, biz Yeni Azərbaycan Partiyasının siyahısını gözləmirik. Biz, sadəcə, özümüzün çıxara biləcəyimiz qərarı gözləyirik. Hələ ki qəti qərara gələ bilmirik. Bilirsiniz ki, bizim partiyada keçən ay keçirilən iclasda müavinlərlə çox böyük bir sıxıntı yaşandı. Ona görə hələ ki gözləyirik. Bu həftə, yaxud gələn həftə Siyasi Şuranın iclası çağırıla bilər. Tələsmirik. Buna baxmayaraq, hazırlıqlarımızı da davam etdiririk. Partiyada qərar veriləcək, tabe olacağıq, verilməyəcək, özümüzü öldürəsi deyilik ki?.. Biz dövlətçiliyə sadiq insanlarıq. Ömrümüzün axırına qədər qardaşım İlham Əliyevlə bu yolu gedəcəyik.
- Əldə etdiyimiz məlumata görə görə, budəfəki seçkilərdə müxalifətdən olan xeyli namizədə deputat mandatı qazanmaq şansı veriləcək. Siz namizədliyinizi irəli sürüb, mandat qazana bilməsəniz, nə edəcəksiniz?
-
Mən heç vaxt mandat üçünölməmişəm, mübarizə aparmamışam. Mən ölkədə
prezidentlik uğrunda mübarizə aparmışam. O mübarizəm axıra qədər də
davam edəcək. Mən mandat alsam da, almasam da, qardaşım İlham Əliyevin
hakimiyyətdə qalmasında, onun hakimiyyətinin qorunmasında, həyatımı
qurban vermək lazım gəlsə, qurban da verəcəyəm.
Ona görə bizim
hər hansı vəzifədə gözümüz yoxdur, biz buna görə heç kimdən
küsməyəcəyik. Hər halda, mən 20 ildə necə olmuşamsa, elə də qalacağam.
İndi biri yaxşı, biri pis yaşayır. Birtəhər dolanırıq. 20 ildir
gəldiyimiz yolu, bundan sonra da birtəhər gedəcəyik.