"Mənimlə yatmasan, fotolarını yayacağam"

Bir vaxtlar Kanal D-də yayımlanan "Öyle bir geçer zaman ki" serialında canlandırdığı "Süleyman" obrazı ilə məşhurlaşan Renan Bilekin Tvitter profili oğurlanıb.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, haker qrupu aktyorun yazışmalarını ələ keçirərək yayıb. 

Yazışmalardan birində R.Bilek Kübra adlı bir qadına "Mənimlə yatmasan, fotolarını yayacağam" yazması diqqət çəkib. 

R.Bilek son paylaşımında İstanbulda kürdlərin partiyası HDP-nin binasına edilən basqını pisləyərək bunu demokratiyaya zidd adlandırmışdı. Onun profilinin də bu səbəbdən hücuma məruz qaldığı bildirilir.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az