Selma Ergec: “Gördüm “saxta Sultan” elan ediləcək”
“Möhtəşəm yüzyıl” serialında Xədicə Sultan obrazını canlandıran aktrisa Selma Ergec KİV-lərə müsahibəsində Məryəm Üzərlinin (Hürrəm Sultan) serialdan gedişinin əsl səbəblərini açıqlayıb.
O, bu açıqlamanı serial yaradıcılarının onunla müqaviləni uzatmadıqlarına və bundan sonra serialda ifa etdiyi Xədicə Sultan obrazının olmayacağına rəğmən verib.
Aktrisanın sözlərinə görə, Hürrəm Sultan rolunun digər ifaçı tərəfindən oynanılması xəbəri yaxşı düşünülmüş piardı. Filmin reytinqinin düşdüyünü görən yaradıcılar vəziyyəti düzəltmək məqsədilə Hürrəm obrazını ifa etmək üçün Vahidə Gördümü seriala dəvət ediblər. Prodüserlərin fikrincə, Məryəm Üzərlinin qayıdışı serialın əvvəlki reytinqini qaytaracaq.
Selma Ergecin fikrincə, serialın 4-cü mövsümündə Hürrəm Gördümü “saxta Sultan” elan edəcək və qəhrəmanlar uzun axtarışdan sonra əsl Hürrəmi tapacaqlar.
Selma Ergec serialdan gedişinin səbəbini prodüserlərlə baş vermiş davası ilə əlaqələndirir. Onun sözlərinə görə, qonorarının bir hissəsi ona hələ də ödənilməyib. Aktrisaya çatacaq pulların ödənilməyəcəyi təqdirdə Selma Ergec serialın daha böyük sirlərini açacağına söz verib.
O ki qaldı Məryəm Üzərliyə, məlumata görə, o, hazırda “Tims production” qarşısında yeni tələblər qoyub və həmçinin ona ödəniləcək məbləğin artırılmasını istəyir.
Vətəninfo.az
“GƏNCƏVİ” jurnalının təqdimat tarixi müəyyənləşib
Novella Cəfəroğlu: “Yağış yağanda şəhəri su basırsa, dövlət qurumları millətin qarşısında cavab verməlidirlər”
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - Foto
General Natiq Əliyevin qızı saxlanıldı
Hərbçilərə mənzil əvəzinə pul verilsin, polislərin maaşı artırılsın – Qüdrət Həsənquliyev
“Regionlarda problemlərin işıqlandırılmasına maneələr yaradılır” -DEPUTAT
Dağ kəndlərində qaz və işıq limiti ləğv edilsin - TƏKLİF
Musa Quliyevdən "uşaqpulu" açıqlaması: "Müavinətin məbləği artırılaraq 100 manata çatdırılacaq"
Naqif Həmzəyev "səlahiyyətimiz yoxdur" dedi, Ziyafət Əsgərov isə...
Bu gün Azərbaycanda Zəfər Günüdür
“GƏNCƏVİ” jurnalının təqdimat tarixi müəyyənləşib
Naqif Həmzəyev "səlahiyyətimiz yoxdur" dedi, Ziyafət Əsgərov isə...
Musa Quliyevdən "uşaqpulu" açıqlaması: "Müavinətin məbləği artırılaraq 100 manata çatdırılacaq"
Dağ kəndlərində qaz və işıq limiti ləğv edilsin - TƏKLİF
“Regionlarda problemlərin işıqlandırılmasına maneələr yaradılır” -DEPUTAT