Meşədən ağac oğrulayan zaman maşın aşdı - ŞOK

Meşədən ağac oğrulayan zaman maşın aşdı - ŞOK

İsmayıllıda Meşəbəyidə ağac oğurlayıb satır

“Vətəninfo.az”a ismayılı rayonundan daxil olam məlumata görə, dünən axşam saat 17:00  radələrində  İsmayyılllı rayon Daxar kəndindən  Gəndo kəndinə gedən yollda olduqca dəişətli qəza baş verib. Bekə ki, rayonun Sərdahar kənd

Sakini Bayramov Neymət Mail oğlu və Daxar sakinləri  Kamran və Şahin adlı qardaşlar Qaz-66 markalı yük maşını ilə Daxar meşəsindən  66  ədəd kötüyü qeyri-qanuni olaraq meşədən qırıb çıxardanda maşınn aşıb.  Qəza zamanı maşın üzərindəki kötüklər maşındakı Neymət və  Şahinin üzərinə düşüb və onların faciəli və dəişətli ölümlərinə səbəb olub. İsmayıllıdakı mənbənin verdiyi məlumata görə,  heç bir sənədi-subutu olmayan Qaz-66 markalı  maşın rayonun Basqal kənd sakini Ağakərim adlı şəxsə məxsusdu. Belə ki,  həlak olanlar Ağakərimin sifarişi ilə  gündəlik Qaz 66 markalı maşınla ağacları  kəsərək  Qurbanəfəndi kəndindəki “Şirin Su”restoranın yanında  Ağakərimə məsus olan xüsusi meydancaya  daşıyırmışlar. Burdan da Ağakərimin kamazlarına yuklənərək yeşik istehsalı üçün Göyçay rayonundakı müxtəlif sexlərə göndərilir.  Mənbənin sözlərinə görə, Qurbanəfəndi kənd meşəsinin Meşəbəyisi İlham Allahverdi oğlu  da artıq bu alverə qoşulub və o hər gün  İsmayıllı Su  İdarəsinin işcisi Asifin idarə etdiyi  “ES” markalı traktor laə  qeyd olunan  “Şirin Su”restoranın həyətinə Ağakərim üçün ağac  daşıyırlar. Amma rayoda cinayyətin üstü ort-bassır edilir və şaiələr yayılır ki, guya  Neymət və Şahinin ölümünə səbəb onların üzərinə Kamazdan tökülən daşlar səbəb olub. Məsələ ilə bağlı Daxili İşlər və  respublika  Prokrorluğununn bu yöndə apardıqları araşdırmaların nədən ibarət olduğunu bilməsək də. Hesab edirik ki, müfafiq orqanlar iki şəxsin ölümünə səbəb olan bu hadisəni ciddi şəkildə araşdıraraq haqqın yerinin tutmasına həmişəki kimi nail olacaqlar.  Meşələrin talan olunmasına gəldikdə isə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bu yöndə konkret hansı addımlar atacağını isə deyə bilmərik.

Redaksiya olaraq. Məlumzatla bağlı qarşı tərəfin mövqeyinidə dərc etməyə hazırıq.

Kamran



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az