
https://www.gununsesi.info/wp-content/uploads/2023/01/20230116_140731-300x169.jpg 300w, https://www.gununsesi.info/wp-content/uploads/2023/01/20230116_140731-1024x577.jpg 1024w, https://www.gununsesi.info/wp-content/uploads/2023/01/20230116_140731-768x432.jpg 768w, https://www.gununsesi.info/wp-content/uploads/2023/01/20230116_140731-1536x865.jpg 1536w, https://www.gununsesi.info/wp-content/uploads/2023/01/20230116_140731-2048x1153.jpg 2048w" sizes="(max-width: 760px) 100vw, 760px" style="box-sizing: inherit; vertical-align: middle; border-width: 0px; border-style: initial; max-width: 100%; height: auto;" />
Vəkil Bəhruz Bayramov da saytımıza açıqlamasında bildirir ki, siyasi fəalları, jurnalistləri müdafiə etmək ilk növbədə cəsarət tələb edir: "Əvvala,onu deyim ki, mən ilk dəfədir ki, belə bir deputatın mövcudluğundan xəbərdar oldum. Görünür, yerində olan deputat deyil ki, biz onu tanımırıq. Həmin deputat əslində reallıqları gözəl bilir. Heç olmasa susa bilərdi. Mən öz adımdan deyim ki, müdafiə etdiyim əksər siyasi məhbuslardan qonarar almıram. Azərbaycanda siyasi fəalları müdafiə edən azsayda vəkillər var. Bircə onu bilirəm ki, yaşadığımız cəmiyyətdə ictimai – siyasi xadimin, jurnalistin, ictimai fəalın hüquqlarını müdafiə etmək, vətənimizin ərazi bütövlüyünə qəsd edən, vətəndaşlarımıza qarşı soyqırım törədən hal – hazırda qanunlarımızla mühakimə olunan ermənilərin hüquqlarını qorumaqdan daha cətindir. Elə, sizin saytınızın baş redaktoru Pərviz Həşimlini 2013-cü illərdə MTN müdafiə edəndə mənim və onun digər vəkillərin üzləşdiyi təzyiqləri hamı bilir. MTN-də kök salmış mütəşəkkil cinayətkar şəbəkə (bu gün onlar məsuliyyətə cəlb olundu) hər cür yaramazlığa əl atırdı. Sabah bu deputatın özü cinayət məsuliyyətinə cəlb olunsa, sizi inandırım ki, bizim xidmətlərimiz üçün müraciət edəcək”.