“Metsamor” həqiqiətən də region üçün təhlükəli olaraq qalır”

“Metsamor” həqiqiətən də region üçün təhlükəli olaraq qalır”

Bu sözləri “Vətəninfo.az”-a Praqa Univesitetinin əməkdaşı, politoloq Zamiq Məmmədli  Azərbaycan Prezidenti  İlham Əliyevin Ermənistandakı Metsamor AES-in bütöv region və qonşu ölkələr üçün potensial fəlakət mənbəyinin olması ilə bağlı açıqlamasını şərh edərkən bildirib.

“AES-lərin müasirləşdirilməsi, ona xidmət, təhlükəsizliyini təmin etmək və onun normal işləməsini daim nəzarətdə saxlamaq üçün böyük maliyyə vəsaitləri lazımdır və inanmıram ki, Ermənistanın indiki iqtisadi vəziyyəti bu AES-nın dünya standartlarına uyğun təhlükəsiz fəaliyyətini təmin edə bilsin. Bu stansiya Sovet dönəmində qurulub və artıq köhnəlib, hətta Ukraynada baş verən Çernobl faciəsi də onu göstərdi ki, bu tipli stansiyaların təhlükəsizliyinin təmin edilməsi və baş verə biləcək qəzanın dərhal aradan qaldırılması çox çətin məsələdir”,-deyə politoloq qeyd edib. Politoloq Azərbaycan tərəfinin Metsamor AES haqqında dünya içtimaiyyətini məlumatlandırmasını ancaq təqdir etmək lazımdır. “Çünki bu stansiyada baş verə biləcək hər hansı qəza birbaşa Azərbaycana da təsir edəcəkdir. Dünyanın qabaqcıl ölkələri, məsələn Almaniya 2020-ci ilə qədər atom enerji stansiyalarını bağlamağı planlaşdırır. Yaponiyada baş verən təbii fəlakət zamanı oradakı atom stansiyasının nələrə yol aça biləcəyini hamımız gördük. O ki qaldı Ermənistana, bu ölkə onsuz da Rusiyanın bir vassalıdır və özü-özünü idarə etmək qabiliyyətində deyil və belə bir təhlükə mənbəyinin hələ də bağlanmaması böyük riskdir və ondan istifadə edilməsinin qarşısı alınmalıdır və bu yöndə də Ermənistan hökumətinə beynəlxalq təzyiq vasitələrindən istifadə edilməsi çox önəmlidir",-deyə Zamiq Məmmədli bildirib.

Elnur Eltürk



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az