MHP-li Millət vəkili "Vətəninfo"ya nələr danışdı

MHP-li Millət vəkili "Vətəninfo"ya nələr danışdı

Ahmet Kenan: “Türkiyə qonşuları ilə müharibə vəziyyətinə gəlməməlidir”

“Suriyada axıdılan qanı tədqir etmək mümkün deyil. Ancaq, hadisələrin qısa müddət ərzində bu səviyyə gəlib çatdığını və qanların hansı güclər tərəfindən tökülməsini əsas səbəblərini analiz etmək lazımdır”. Bu sözləri “Vətəninfo.az”a Türkiyə Böyük Millət Məclisinin Milliyyətçi Hərəkat Partiyasından olan millət vəkili, sabiq nazir Ahmet Kenan Tanrıkulu Türkiyə-Suriya münasibətləri ilə bağlı fikrini şərh edərkən bildirib: “Hakimiyyət və prezident Suriyanı 3-4 aydır təndiq edir. Ancaq bu günə qədər baş nazir ilə Bəşər Əsəd aralarında su keçmirdi. Birlikdə Türkiyədə yaz tətili keçirilməsindən,ortaq nazirlərin heyətinin görüşlərilə belə keçirildi. Nə oldu ki, AKP üçün Bəşər Əsəd pis lider oldu. Böyük Ortadoğu layihəsi daxilində Amerikaın istəklərini bir-bir yerinə yetirən baş nazir Əsəd əleyhadlarına çevrildiyini görürük. Qərb ölkləri və Türkiyə elçiliyini bağlayıb. Bu gün Xarici işlər nazirliyi vətəndaşlarımıza “Suriya getməyin” çağırışını verib. Amerikanın siyasi xəttində hərəkət edən iqtidar partiyası AKP BMT qərarlarını əsaslı bilməyib, 10 aprel qədər həyata keçirilməlidir kimi sensasion açıqlamalar verirlər. Beynəlxalq müharibə öncəsi, bu tip diplomatiyada danışıqlar nəticəsiz başa çatdı və fikir hər zaman aktual olub. Bu vəziyyətdə ona bənzəməkdədir. Bununla yanaşı Türkiyə qonşuları ilə müharibə vəziyyətinə gəlməməlidir. Türkiyə 2002-ci ildə qədər qonşularıyla münasibətlərini dost və mehriban prinsiplər çərçivəsində yürütmüşdü. Ancaq, aradan keçən 10 il ərzində Türkiyənin bir müharibə vəziyyəti yaranacaq fikirləri insanlarımızı narahat etməkdədir. Suriya ilə Türkiyə tarixi münasibətləri var. Türk xalqı Suriya xalqın düşmən etmək istəyən qüvvələrin həddi deyil”.

Elnur Eltürk



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az