Millət vəkili İqbal Məmmədovun kitabı nəşr olundu

Millət vəkili İqbal Məmmədovun kitabı nəşr  olundu

“Qeyri-neft sektorunun inkişaf istiqamətləri” adlı nəşrdə bu sahənin inkişafını şərtləndirən amillərdən bəhs olunub

Milli Məclisin deputatı, parlamentin Aqrar siyasət Komitəsinin üzvü, iqtisad elmləri üzrə fəlsəfə doktoru İqbal Məmmədovun yeni kitabı çapdan çıxıb. “Vətəninfo.az”ın millət vəkilinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, kitab “Qeyri-neft sektorunun inkişaf istiqamətləri”adlı nəşr Ulu Öndər Heydər Əliyevin“Sahibkarlığın inkişaf etdirilməsi, sərbəst iqtisadiyyata keçirilməsi, bazar iqtisadiyyatının yaradılması bizim başlıca məqsədimizdir” kəlamı ilə başlayır. Monoqrafiyada qeyri-neft sektorunun inkişafının zəruriliyi və onu şərtləndirən amillər, qeyri-neft sektorunun dövlət tənzimlənməsi, qeyri-neft sektorunun inkişafına kənd təsərrüfatı, qida sənayesi və turizmin rolu, qeyri-neft sektorunun rəqabətə davamlılığı, qeyri-neft sektorunun infrastruktur təminatı və digər məsələlər öz əksini tapıb.

Monoqrafiya iqtisadçılar, dövlət və yerli idarəetmə orqanlarında çalışan mütəxəssislər, eləcə də Elmi Tədqiqat İnsitutlarının əməkdaşları və tələbələr üçün nəzərdə tutulub. Kitabın elmi redaktoru iqtisad elmləri doktoru A.Abbasov, rəyçisi isə iqtisad elmləri doktoru, professor R.Balayevdir. Kitab aşağıdakı mövzuları əhatə etməklə, yeddi fəsildən ibarətdir.

1. Qeyri-neft sektorunun inkişaf etdirilməsinin ölkənin milli iqtisadi təhlükəsizliyinin təmin ediməsində rolu.

2. Qeyri-neft sektorunun inkişafının çoxşaxəli ixracın formalaşdırılmasında rolu.

3. Qeyri-neft sektorunun inkişafında aqrar sahənin rolu.

4. Qloballaşma şəraitində aqrar sahənin dövlət tənzimlənməsinin maliyyə-kredit mexanizmləri və onun tərkib elementləri.

5. Aqrar sahənin dövlət tənzimlənməsinin maliyyə kredit mexanizminin təkmilləşdirilməsi və investisiya siyasəti.

6. Qeyri-neft sektorunun inkişafında turizmin rolu.

7. Müasir şəraitdə qeyri-neft sektorunun təşkilati-iqtisadi problemləri və onun həlli yolları.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az