Millət vəkili Qənirə Paşayeva Qırğızıstanın sabiq liderlərindən biri Roza Otunbayeva ilə görüşüb

Millət vəkili Qənirə Paşayeva Qırğızıstanın sabiq liderlərindən biri Roza Otunbayeva ilə görüşüb

“Vətəninfo.az”ın verdiyi xəbərə görə, Millət vəkili Qənirə Paşayeva Yunanıstanın paytaxtı Afinada keçirilən Dünya Qadın Sammiti çərçivəsində qardaş Qırğızıstanın liderlərindən biri, sabiq prezidenti  Roza Otunbayeva ilə görüşüb.

Görüş zamanı millət vəkili Qənirə Paşayeva Azərbaycanın hər zaman dost, qardaş Qırğızıstanın inkişafında, sabitliyində maraqlı olduğunu bildirməklə bərabər ölkəmizin bütün istiqamətlətdə Qırğızıstanla əməkdaşlığın inkişafına önəm verdiyini deyib.  Qırğızıstan prezidenti Almazbek Atambayevin yüksək səviyyədə keçən Azərbaycan səfərinə toxunan millət vəkili Qənirə Paşayeva bu səfərdən sonra Azərbaycanla Qırğızıstan arasında bütün sahələrdə əməkdaşlığın genişlənəcəyinə inandığını bildirib. Azərbaycan prezidenti, parlamentinin qardaş Qırğızıstanla əlaqələrin və dostluğun inkişafına verdiyi böyük önəmdən danışan millət vəkili parlamentlərarası əməkdaşlığın daha da genişlənməsinin vacibliyinə də toxunub və bu istiqamətdə münasibətlərin getdikcə daha da artmasının məmuniyyət yaratdığını deyib. Azərbaycan və Qırğızıstanın həm də TÜRK PA-nın üzvləri olduğunu vurğulayan millət vəkili Qənirə Paşayeva Daglıq Qarabağ münaqışəsi ətrafında son vəziyyətdən də danışıb. Qırğızıstanın Azərbaycanla əməkdaşlığın,  dostluğun inkişafına böyük önəm verdiyini deyən Roza Otunbayeva iki qardaş ölkə arasında münasibətlərin getdikcə daha da surətlə inkişaf edəcəyinə inandığını vurğulayıb.  İki ölkənin qadın siyasaətşçləri, iş adamları, qeyri-hökumət, KİV nümayəndələri arasında münasibətlərin və qarşılıqlı səfərlərin vacibliyinə də toxunan  Roza Otunbayeva  münasibətlərin, əməkdaşlığın inkişafı üçün böyük prespektivlər olduğunu deyib və qardaş ölkələr arasında qarşılıqlı dəstəyin və əməkdaşlığın daha da surətlənəcəyinə inandığını vurğulayıb.

 Millət vəkili Yunanıstanın paytaxtı Afinada keçirilən Dünya Qadın Sammiti çərçivəsində qardaş Qırğızıstanın bəzi qadın millət vəkilləri və məhşur iş qadınları ilə də  görüşüb. Geniş fikir mübadiləsinin aparıldığı görüş zamanı millət vəkili Qənirə Paşayeva onları Azərbaycana səfərə dəvət edib.

Elnur Eltürk



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az