Milli Qəhrəmanı tənqid edən psixoloq təqsirli şəxs qismində tanındı

Milli Qəhrəmanı tənqid edən psixoloq təqsirli şəxs qismində tanındı

Bakı Apellyasiya Məhkəməsində Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovu tənqid edən psixoloq Nərmin Şahmarzadə barəsində Xətai rayon Məhkəməsinin 22 yanvar tarixli qərarından verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Bu barədə Miq.Az-a Araz Musayev məlumat verib.

Onun sözlərinə görə, hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə işə mahiyyəti üzrə baxmayan Xətai Rayon Məhkəməsinin qərarı ləğv edilib:

"Artıq Nərmini təqsirləndirilən şəxs qismində cəlb etdilər və bizi xüsusi ittihamçı kimi tanıdılar. İş Xətai Rayon Məhkəməsində araşdırılacaq".

Qeyd edək ki, N.Şahmarzadə ilə bağlı Xətai rayon Məhkəməsinə müraciət edilsə də, məhkəmə işə baxmaqdan imtina etmişdi.

Nərmin Şahmarzadəyə qarşı Milli Qəhrəman Mübariz İbrahimovu tənqid etdiyi üçün CM-nin 147-ci (böhtan) maddəsi ilə şikayət verilib.

Şikayətə vəkil Ramil Rüstəmovla yanaşı, Fövqaladə Hallar Nazirliyinin mayoru, doqquzqat dünya, üçqat Avropa çempionu, Muay-tay və Tayboksinq Federasiyalarının vitse-prezidenti, əməkdar və beynəlxalq dərəcəli idman ustası Araz Musayev də qoşulub.

Miq.Az 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az