Mirşahin Ağayevin qardaşı həbs edildi - FOTO

Mirşahin Ağayevin qardaşı həbs edildi - FOTO
Real TV-nin direktoru Mirşahin Ağayevin qardaşı Mirəddin Ağayev həbs edilib.

"Yeni Sabah” xəbər verir ki, bu barədə "Haqqın.az” məlumat yayıb.

 Məlumata görə, o, dələduzluqda ittiham olunur.

 Yaxınlarının verdiyi məlumata görə, M.Ağayev mart ayında atasının yas mərasimi zamanı saxlanılıb:

 "Məhkəmə davam edirdi, lakin o, azadlqıda idi”.

 M.Ağayev həkim olduğu üçün əvvəllər əlillik pensiyası alan, lakin sonradan imtina cavabı verilən şəxslərə müəyyən ödəniş müqabilində əlilliyi bərpa edəcəyinə söz verib:

 "O, hətta kömək edəcəyinə söz verərək, qohumundan pul alıb, lakin aldığı pulu öz müalicəsinə xərcləyib”.

 Ağayev Kürdəxanıda, Bakı İstintaq Təcridxanasının tibb-sanitariya hissəsində saxlanılır. O, 2 il müddətinə azadlıqdan məhrum edilib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az