Mirşahin Ağayevin vəziyyəti yenə də pisləşdi - Açıqlama

Mirşahin Ağayevin vəziyyəti yenə də pisləşdi - Açıqlama

Bu gün bir sıra saytlarda ANS telekanalında yeni mövsümlə bağlı anons çəkilişlərinin başlanması haqda məlumatlar yayılıb. 

Yayılan məlumatda artıq bir neçə verilişin yeni anonslarının çəkildiyi, telekanalın yayımını bərpa edəcəyi bildirilirdi. 

Yayılan məlumatla bağlı Bizimyol.info saytının əməkdaşı ANS şirkətlər qrupunun vitse-prezidenti Mirşahin Ağayevlə əlaqə saxlayıb. O sayta açıqlamasında yayılan məlumatların əsassız olduğunu, bağlanmış telekanalın heç bir anons çəkə bilməyəcəyini bildirib.

Mirşahin Ağayev eyni zamanda açıqlamasında zorla danışa bildiyini, özünün vəziyyətinin xəstə, ağır olduğunu bildirib. 

Qeyd edək ki, ANS telekanalının yayımı bu il iyul ayının 18-dən MTRŞ-nın məlum qərarı ilə dayandırılıb.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az