MN-dən ordudakı itkilərlə bağlı açıqlama

MN-dən ordudakı itkilərlə bağlı açıqlama
Erməni mətbuatı daha 4 əsgərimizin şəhid olması barədə məlumat yayıb

Qoşunların qarşıdurma xəttində vəziyyəti gərginləşdirmək məqsədilə erməni tərəfi dezinformasiya yaymaqda davam edir.

Müdafiə Nazitliyinin mətbuat xidmətindən Miq.az-a  verilən məlumatda bildirilir ki, erməni tərəfi cari ilin dekabr ayının 29-da törətdiyi uğursuz təxribat nəticəsində verdiyi itkilərə bəraət qazandırmaq məqsədilə guya dövlət sərhədində növbəti təxribatın baş verdiyi və Azərbaycan tərəfinin itkiləri barədə bu gün yenə də həqiqətə uyğun olmayan və daxili auditoriyaya hesablanmış növbəti yalan məlumat yayıb.

"Əgər erməni tərəfinin "təkzibolunmaz sübutları" varsa, təqdim etsinlər. Rəsmi olaraq bildiririk ki, Azərbaycan Silahlı Qüvvələrinin bölmələri heç bir itki verməyib, gündəlik xidməti fəaliyyətini davam etdirir və əməliyyat şəraitinə tam nəzarət edir", - MN-nin məlumatında qeyd olunur.

Xatırladaq ki, Ermənistan Müdafiə Nazirliyi bu gün daha 4 Azərbaycan əsgərinin ölümü barədə məlumat yayıb.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az