Mobil operatorlar Bakıya toplaşır

Mobil operatorlar Bakıya toplaşır

“Azərbaycanda mobil biznes imkanları” mövzusunda konfrans keçiriləcək

Mobiz.az-ın təşkilatçılığı ilə aprelin 6-da Bakıda mobil biznes mövzusunda konfrans keçiriləcək. “Vətəninfo”nun əldə etdiyi məlumata görə, tədbirdə Azərbaycanda fəaliyyət göstərən şirkət və qurumların təmsilçiləri ilə yanaşı  Gürcüstan, Türkiyə və digər ölkələrdən olan nümayəndələrin iştirakı da gözlənilir. Konfransda mobil texnologiya sahəsinə aid özəl qurum təmsilçiləri ilə bərabər, müxtəlif QHT-lərin nümayəndələri də iştirak edəcəklər. Beynəlxalq tədbirdə “Nokia”, “Microsoft”, “Beeline”, “Azerfon” MMC, “Azercell Telecom” MMC, “Timwe”, “General Mobile”, “Apple” kimi nüfuzlu şirkətlərin nümayəndələri ekspert qismində çıxış edəcəklər.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az